Yeni Ramanada elektron ATS istifadəyə verilib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə Sabunçu TQ-nin xidməti ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində NGN texnologiyası əsasında 1888 nömrə tutumuna malik yeni elektron ATS istifadəyə verilib.
Bu əlamətdar hadisə münasibəti ilə sakinləri təbrik edən BTRİB-in baş direktoru Beytulla Hüseynov bildirib ki, yeni elektron ATS-in istifadəyə verilməsi qəsəbə sakinlərinin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərinə çıxışını təmin etdiyinin və gələcəkdə nömrə tutumunu 50 min nömrəyə qədər artırmaq imkanı olduğunu qeyd etdi.
Baş direktor həmçinin Bakının ətraf kəndlərinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tərtib edilən tədbirlər planı əsasında digər kənd və qəsəbələrdə də uyğun tədbirlərin həyata keçirildiyini söyləyib.
O, Sabunçu TKQ-nin xidmət ərazisində sayca 6-cı EATS-in istifadəyə verilməsini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq BTRİB bir sıra güzəştli xidmətlər də təklif edir. Belə ki, yeni telefon çəkilişi tarifinə 50 faiz güzəşt tətbiq olunur, bu imtiyazdan yararlanan şəhid ailələrinə və Qarabağ əlillərinə isə əlavə olaraq telefon aparatı hədiyyə verilir.
"Ünvan dəyişdirilməsi ilə əlaqədar mənzil telefonlarının digər abunəçinin adına keçirilməsi prosesi də ənənəvi qaydada deyil, nömrənin təhvil verilməsi haqqında arayışı təqdim etmədən 2 manat tariflə həyata keçirilir. Bakı şəhər ərazisində daşınan İP telefon 20 manat tariflə çəkilir, genişzolaqlı İnternet (ADSL və ayrılmış xətt) və İPTV xidmətlərinə qoşulmaq üçün heç bir ödəniş tələb olunmur. Bundan əlavə 1÷3 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay ödənişsiz internet xidməti göstərilir. 4÷10 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını öncədən ödəyən abunəçiyə isə modem və 1 ay İPTV-dən pulsuz istifadə haqqı verilir" – deyə baş direktor qeyd edib.
Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər. Sonra açılışın rəmzi lenti kəsilmiş, qonaqlar yeni EATS-lə tanış olublar.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL