Komitə sədri: "Kadastr və qeydiyyat sahəsində dövlət xidmətlərinin elektron formada təqdim edilməsinə keçid təmin edilib"
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən kadastr və qeydiyyat sahəsində dövlət xidmətlərinin elektron formada təqdim edilməsinə keçid təmin edilib.
"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə ƏMDK sədri Kərəm Həsənov komitənin "Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları" mövzusunda keçirdiyi elmi-praktik konfransda danışıb.
O bildirib ki, Dünya Bankının "Doing busines 2013" hesabatına əsasən Azərbaycan əmlakın qeydiyyatının təkmilliyi göstəricilərinə görə dünya ölkələri sırasında 9-cu yerdədir:
"Bununla yanaşı, zamanın çağırışlarına cavab olaraq, mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə özəlləşdirmənin dinamik surətdə həyata keçirilməsi, habelə əmlak idarəçiliyinin modernləşdirilməsi davam etdirilməlidir. Bu iş Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən olunmuş prioritetlər nəzərə alınmaqla həyata keçiriləcəkdir. Bu baxımdan, düşünürük ki, mülkiyyət islahatları ilə bağlı Heydər Əliyev irsinin araşdırılması və onun əsas cəhətlərinin akademik dairələrin nümayəndələrinin iştirakı ilə müzakirəsi günümüz üçün də aktualdır".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL