waplog

“Yeni universitetdə bizim institutun kadrlarından istifadə edilə bilər”


"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin indiki strukturu bu gün üçün yararlı deyil. Bu strukturda xeyli sayda şişirtmələrə yol verilib. O strukturun çox hissəsini ləğv edib, yeni şöbələr yaradacağıq. Bu sözləri AMEA prezidenti Akif Əlizadə mətbuata açıqlamasında səsləndirib.

O artıq bununla bağlı AMEA-nın akademik-katibi Rasim Əliquliyevə tapşırıq verildiyini bildirib: "Yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən sonra AMEA-nın institutlarında da ixtisarlar ola bilər Yeni yaradılan şöbələrə aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən sonra AMEA-nın institutlarında da ixtisarlar ola bilər".

Akademiyanın problemlərindən danışan prezident həmçinin gənc alimlərin elmə cəlb edilməsi istiqamətində də işlərin görüləcəyini bildirib.AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi Rasim Əliquliyev açıqlamasında bu qərar nəticəsində görülən işlərdən danışdı:

"Bu qərarda hər hansı ixtisardan yox, idarəetmənin təkmilləşdirilməsindən gedir. Hazırda hansı işlərin görüləcəyini demək çətindir. Bununla bağlı ümumi yığıncaq keçirilib. Elmin nüfuzunun qaldırılması, elmin qarşında duran vəzifələrin daha da dəqiqləşdirilməsi, dövlət başçısı tərəfindən qoyulan vəzifələr müəyyənləşdirilib.Alimlərimizin əldə etdiyi naliyyətlərin konvensiyalaşdırılması, innovativ əsaslarla reallaşdırılması, əmtəəyə çevrilməsi istiqamətində işlər görüləcək. Bu artıq islahat xarakterli tədbirlərdir. Bunların həyata keçirlməsi üçün akademiyanın yeni rəhbərliyi lazımlı tədbirlər görəcək.

R.Əliquliyev Gənclər Bürosu yaradılmasına da münasibət bildirdi: "Gənclərin elmə gəlməsi ağrılı məsələdir. Bu problem təkcə, Azərbaycanda yox, inkişaf etmiş ölkələrdə bu problem yaşanır. Bu bir reallıqdır ki, Azərbaycanda gənclər çətinliklə elmə gəlirlər. Bu işin stimullaşdırılması üçün addımların atılması zəruridir".

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin bu ilin sentyabrında fəaliyyətə başlayacaq İnformasiya Texnologiyaları Universitetində işləməsinə də münasibət bildirdi:

"Əlbəttə,bu ali məktəbin yaradılması mühüm addımdır. İTU yaradılarkən ölkənin bu sahədəki kadr potensialından istifadə edəcək. Bizim institutun da kadrlarından istifadə olunması mümkündür. Düzdür, bununla bağlı hər hansı müraciət edilməyib".

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL