waplog

MTRŞ: «Telekommunikasiya peykimizin xidmətləri televiziya və radio yayımı sahəsində imkanları daha da artıracaq»


"Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın bu ilin fevralında orbitə buraxılan ilk telekommunikasiya peykinin xidmətlərindən faydalanacaq".

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib. O bildirib ki, şuranın sözügedən peykin xidmətlərindən faydalanması televiziya və radio yayımı sahəsində imkanları daha da artıracaq. Bu ilin sonunda Azərbaycanda analoq yayımın tam dayandırılacağını söyləyən şura sədri N.Məhərrəmlinin sözlərinə görə, artıq demək olar ki, bütün ölkə üzrə rəqəmli yayım təmin olunub: "Rəqəmli yayıma keçid birmənalıdır. Çünki Nazirlər Kabinetinin 2012-2013-cü illərdə rəqəmsal sayıma keçidin yekunlaşması barədə qərarı var".

N.Məhərrəmli bildirib ki, televiziya və radio yayımı sahəsində vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki illərdən çox fərqlidir. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası da tam təkmilləşdirilib:

"Əgər 20 il əvvəl Azərbaycanda yalnız bir neçə televiziya kanalı fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 50-dən artıq qurum televiziya və radio yayımı sahəsində məşğuldur".

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL