Bank biznesinin elektronlaşması və optimizasiyası istiqamətində tədbirlər sürətləndiriləcək
İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir. İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir. Bunun üçün Mərkəzi Bank (MB) ortamüddətli dövrdə çevik pul və məzənnə siyasətini yürüdəcək.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən MB-dan bildirilib ki, maliyyə sabitliyi də Mərkəzi Bankın ən mühüm strateji hədəflərindən biridir:
"Bu mənada makro və mikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcək. Bank sektorunun əsas hədəfi yaxın 10 ildə maliyyə dərinliyini Ümumi Daxili Məhsula nisbətdə 100 faizə çatdırmaqdan ibarət olacaq.
Bank biznesinin daha da müasirləşməsi, elektronlaşması və optimizasiyası istiqamətində zəruri tədbirlər görüləcək. Bank filiallarının, mikromaliyyə institutlarının regionlara intensiv istiqamətlənməsi, kənd bankçılığının inkişafı istiqamətində zəruri fəaliyyət təmin ediləcək. Maliyyə dərinliyinin böyüməsində ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi mühüm rol oynayacaq".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL