Nazir müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlara aydınlıq gətirib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumlarına, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlara aydınlıq gətirib.
Məxfi materiallara girişin mümkün olduğunu əks etdirən informasiyaların əksinə olaraq, sözügedən sənədləri əslində istənilən internet istifadəçisinə açıq olan məlumatlar təşkil edib:
"Bəzi təşkilatlar bu addımı "kiberhücumların müsbət nəticəsi" kimi qiymətləndirir, amma bu, belə deyil. Həmin informasiyaları, o cümlədən RİTN-in rəsmi saytında olan məlumatları istənilən şəxs sayta daxil olmaqla əldə edə bilər. Bu məlumatlar RİTN-də, o cümlədən də digər dövlət saytlarında hər kəsə açıqdır. Həmçinin elektron post vasitəsilə göndərilən məktublar da məxfi deyillər və açıq sənədlərdir. Açıq sənədlər olduğu üçün bu məlumatların istənilən şəxs tərəfindən götürülməsi mümkündür. Yəni bəzi məlumatlarda deyildiyi kimi, heç də burada məxfi və qorunan məlumat olmayıb".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL