waplog

RİTN sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyasına başlayıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində müəyyən sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyasına başlayıb.

Güzəştlər barədə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Müəssisələrinin Fəaliyyətinin Əlaqələndirmə Şöbəsinin müdiri Mirheydər İsmayılovun sözlərinə görə, "Aztelekom" İB və Bakı Telefon Rabitə İstehsalat Birliyi (BİTRİB) tərəfindən rabitə xidmətlərinin göstərilməsində güzəşt kampaniyasının keçirilməsi nəzərdə tutulur:

"Kampaniyaya əsasən, cari ilin mayın 1-dən 31-nə qədər şəhid ailələri, birinci qrup Qarabağ əlilləri, eyni zamanda internetin yeni istifadəçiləri üçün 1 ay ərzində internet xidməti və telefon çəkilişi birlik və müəssisələr hesabına, ödənişsiz həyata keçirilir. Həmçinin RİTN tərəfindən gözdən əlil şagirdlərə verilən mini-kompüterlər vasitəsilə, mobil nömrələr vasitəsilə bir il ərzində pulsuz internet xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar RİTN-in təşkilatçılığı ilə mayın 6-da keçirilən "Heydər Əliyev-90" yubiley konfransının iştirakçılarına nazirlik tərəfindən pulsuz elektron kart və imza əldə etmək üçün kupon təqdim edilib".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL