“Nokia” yeni flaqmanını təqdim etməyə hazırlaşır
"Nokia" şirkətinin mayın 14-də Londonda keçirməyə hazırlaşdığı tədbirdə yeni "Lumia 925" flaqman smartfonunu təqdim edəcəyi gözlənilir.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, təqdim edilmiş informasiyaya əsasən, aparat 1.5 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon S4" prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz ediləcək.
Smartfon, həmçinin 1280x768 piksel təsvir ölçülü 4.5 düymlü sensor ekran və 2000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. 8.7 meqapiksellik kamera vasitəsilə isə həm gündüz, həm də gecə keyfiyyətli fotolar çəkmək mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL