waplog

Rabitəçi idmançı Rusiyadan 2 qızıl medalla döndü


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin İnformasiya Texnologiyaları Laboratoriyasının mühəndisi Çingiz Şahkərimov Rusiyanın Sankt-Peterburq şəhərində 134 ölkənin idmançılarının qatıldığı Şərq-Qərb döyüş növlərinin 7-ci olimpiadasında 2 növ üzrə qızıl medala layiq görülüb.

Bundan əvvəl o, Azərbaycanın Oğuz rayonunda keçirilən Kunqfu üzrə Azərbaycan çempionatında da 1-ci yerə layiq görülüb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə məlumat verən rabitəçi idmançı Bakı uşu idman klubunun direktoru və baş məşqçisi Zahid Vəliyevin rəhbərliyi ilə gərgin məşqlərin nəticəsi olaraq idmanın bu növü üzrə adını birincilər sırasına yazıb.

Bildirdiyinə görə, idmançımız 2005-ci ildən uşu üzrə məşqlərə başlayıb. Əvvəllər idmanın cüdo, sambo, aykido növləri üzrə məşq etdiyini bildirən idmançı onun BTRİB rəhbərliyinin köməkliyi ilə beynəlxalq idman yarışlarına qatıldığını bildirib.

Qeyd edək ki, 1969-cu ildə Bakıda anadan olan Çingiz Şahkərimov Texniki Universitetin radiotexnika fakültəsini bitirib və 2001-ci ildən BTRİB-də əmək fəaliyyətinə başlayıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL