Beynəlxalq dəniz limanında yüksək keyfiyyətli telekommunikasiya infrastrukturu yaradılır
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yüksək keyfiyyətli telekommunikasiya infrastrukturu yaradır.
Bu barədə "ICTnews"-a məlumat verən BTRİB-in baş direktoru Beytulla Hüseynov bildirdi ki, hazırda yeni dəniz limanının tikintisi ilə əlaqədar əraziyə optik kabel çəkilib və xidmət göstərilir. Optik kabel Bakıdan başlayaraq Sahil, Ümid, Səngəçal (terminal), Səngəçal (qəsəbə), Qobustan-Ələt qəsəbələrini əhatə edən xəttə birləşdirilib. Baş direktor bildirdi ki, cənub istiqamətində çəkilən optik ən müasir tələblərə cavab verir və yeni dəniz limanının tikintisində və sonrakı mərhələdə bu xidmətdən yüksək keyfiyyətlə faydalana bilər.
Qeyd edək ki, əvvəllər planlaşdırıldığı kimi, Ələt qəsəbəsində yeni beynəlxalq limanın tikintisi üç mərhələdə həyata keçiriləcək və 2015-ci ilə qədər yekunlaşdırılmalıdır. İlk mərhələ konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yükdaşıyanların qəbul edilməsi üçün iki bərə, üç yük körpüsünün tikintisini nəzərdə tutur.
Layihənin ikinci mərhələsi daha üç yük körpüsünün, üçüncü mərhələ isə iki əlavə yük körpüsünün tikintisini nəzərdə tutur. Liman 11,6 milyon tona qədər yük qəbul edə biləcək.
Xatırladaq ki, Ələtdəki liman multimodal olacaq, belə ki, maddi-texniki mərkəzlə yanaşı, gələcəkdə bu ərazidə azad iqtisadi zonanın yaradılması planlaşdırılır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL