Azərbaycanla Belarus arasında “STEFİ” sürətli pul köçürmələri dövriyyəsinə başlanılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-i Belarus poçt operatoru ilə "STEFİ" üzərindən sürətli pul köçürmələrinə başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, ilk pul baratı Belarus-Azərbaycan biznes forumunda ötürülüb. «Hazırda artıq Belarusla "STEFİ" üzərindən sürətli pul köçürmələrinin mübadiləsi kommersiya əsasında həyata keçirilir», - deyərək N. Məmmədov bildirib.
Qeyd edək ki, ötən il Ukrayna ilə "STEFI" sistemi üzrə sürətli pul köçürmələrinin mübadiləsinə başlanılıb. Bu xidmətlər kənd əhalisinin pul köçürmələrini almaq üçün rayon mərkəzlərinə getməsini azaldar, çünki onlar artıq köçürmələri kənd poçt şöbəsindən ala bilərlər.
Bu gün "Azərpoçt" pul köçürmələri üzrə əməliyyatları 4 sürətli pul köçürmələri sistemi üzərindən və bank pul köçürməsi sistemi üzrə aparırıq. Poçt şöbələrində, həmçinin valyuta mübadiləsi xidməti göstəririk ki, bu da köçürməni istənilən pul vahidi şəklində almağa imkan verir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL