waplog

Azərbaycanda ilk dəfə “HR Networking” tədbiri keçiriləcək


Mayın 8-də Azərbaycanda ilk dəfə olaraq “HR Networking Breakfast” tədbiri keçiriləcək. Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, “Smart Resources Group” tərəfindən təşkil edilən tədbirin əsas məqsədi insan resursları mütəxəssisləri üçün bilik və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.

Ayda bir dəfə keçiriləcək tədbirlərdə məruzəçilər insan kapitalının idarə olunması və işə qəbul sahəsindəki yeni istiqamətlər, həmçinin əmək qanunvericiliyindəki dəyişikliklər haqqında danışacaqlar.

Tədbirlərdə insan kapitalının idarə olunmasında uğurlu təcrübələrə dair müzakirələrin keçirilməsi nəzərdə tutulub. Birinci tədbirdə Mançester Universitetinin məzunu insan resurslarının idarə edilməsi sahəsində böyük təcrübəyə malik Erkin Nəsirov “Yeni işçilərin şirkətə uyğunlaşma siyasəti və vəzifələri barədə təlimatlandırılması” mövzusunda çıxış edəcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL