Yerli kabel televiziya operatoru Naxçıvanda rəqəmli televiziya yayımı üzrə kommersiya paketlərini təqdim edəcək
Azərbaycanın ilk kabel televiziyası operatoru "B&B TV" şirkəti Naxçıvanda rəqəmli televiziya yayımı xidmətlərinin kommersiya paketlərini təqdim etməyə hazırlaşır.
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, artıq yayımın təşkili üçün tələb olunan avadanlıq sifariş olunub. "Bildiyiniz kimi, biz artıq Naxçıvanda, maya dəyəri aşağı və imkanları daha məhdud olan DVB-T rəqəmli formatda sosial paketin yayımını təşkil etmişik.
Sosial paketə bütün yerli kanallar və iki Naxçıvan kanalı daxildir. Bu ilin ikinci yarımilliyinin əvvəlində isə biz, DVB-T2 formatda kommersiya paketini təqdim etməyə hazırlaşırıq. Bu xidmətlər Duzdaq, Dəstə, Sədərək, İbadulla rayonlarında təqdim ediləcək. Kommersiya əsasında əhaliyə üç cür yayım paketi təqdim ediləcək, bu, "Film paketi", "İdman paketi" və "Bilik paketidir",- deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, təkmilləşdirilmiş DVB-T2 formatı rəqəmli efir televiziyası şəbəkələrinin tutumunu 30% artırır və 50 Mbit/s sürəti təmin edir. İlkin məlumata əsasən, layihənin həyata keçirilməsinə ümumilikdə 2,5 milyon manata yaxın vəsait tələb olunub.
Tədbirlər 2011-ci ilin fevral ayında təsdiq edilmiş DVB-T formatında rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı üzrə Dövlət proqramı çərçivəsində həyata keçirilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL