Azərbaycan dili üzrə elmi fəaliyyətin gücləndirilməsi üçün elektron xidmətlər göstərilir
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanşünaslıq” elektron informasiya mərkəzinə daxil olan “Azərbaycan dili və dilçiliyi” məlumat bankı zənginləşdirilir.
Azərbaycan dili və dilçiliyi üzrə elmi fəaliyyətin gücləndirilməsi məqsədilə alim və mütəxəssislərə ənənəvi və elektron xidmət göstərilir. Bundan başqa, kitabxananın sənəd-informasiya fondunun Azərbaycan dili və dilçiliyi üzrə ədəbiyyatla komplektləşdirilməsi genişləndirilir.
Eyni zamanda “Qloballaşma şəraitində Azərbaycan dili və dilçiliyin inkişafı” mövzusunda biblioqrafik göstərici hazırlanır ki, kitabxana tərəfindən hazırlanan biblioqrafik göstəricilərdə Azərbaycan dili və dilçiliyi elminə xüsusi yer ayrılıb.
Azərbaycan dili və dilçiliyi üzrə ədəbiyyatın təbliği və istifadəsinin genişləndirilməsi məqsədilə mövzu ədəbiyyat sərgiləri təşkil olunur. “Qloballaşma şəraitində Azərbaycan dilinin və dilçiliyinin elmi-informasiya təminatı sisteminin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi-tədqiqat işi aparılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən MEK-dən bildirilib ki, sözügedən tədbirlər respublika prezidentinin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamının “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” adlı 6.3.9. bəndinə uyğun olaraq həyata keçirilir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL