waplog

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kompüter texnikası və avadanlığını satın alacaq


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kompüter texnikası və avadanlığının satınalınması üzrə açıq tender elan edir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komissiyanın rəsmi saytında yerləşdirilən elanda deyilir. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri və iş qrafikini iyunun 12-nə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 24-ü saat 17:00-dək DQMK-ya təqdim etməlidirlər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL