waplog

“Nar Mobile Mətbuat klubu” fəaliyyətə başlayır


Yarandığı gündən jurnalistlər və media nümayəndələri ilə sıx əməkdaşlıq edən “Nar Mobile” mobil operatoru KİV nümayəndələri üçün yeni formatda kommunikasiya layihəsinin təqdimatını keçirib.

Belə ki, fəaliyyətə başlayan “Nar Mobile Mətbuat klubu”nda KİV nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi şəraitdə görüşlər keçiriləcək və müxtəlif mövzularda müzakirələr aparılacaq. “Nar Mobile Mətbuat klubu”nun əsas məqsədi KİV-lə ünsiyyət qurmaq üçün platforma yaratmaq, ən son məlumatlarla, nailiyyətlərlə, şirkətin strategiyası və yenilikləri ilə bölüşməkdir.

May ayının 7-də keçirilən görüşdə “Nar Mobile”-ın rəhbərliyi iştirak edib. Tədbiri giriş sözü ilə açan şirkətin baş direktoru Kent Maknili qonaqları salamlayaraq, “Nar Mobile”-ın 2013-cü il üzrə strategiyası, missiyası və dəyərləri haqqında söz açaraq, jurnalistlərlə münasibətlərin daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib. “Jurnalistlər və media nümayəndələri hər zaman “Nar Mobile”-ın diqqət mərkəzində olub və biz onlarla əməkdaşlığa böyük önəm veririk.

Təsadüfi deyil ki, bu gün şirkət ilə jurnalistlər arasında dostluq münasibətləri var. Yeni yaranmış “Nar Mobile Mətbuat klubu” bizim jurnalistlərlə yeni formatda olan kommunikasiya platformamızdır. Bu klubu yaratmaqda əsas məqsədimiz bu sahədə olan əməkdaşlığımızı daha da dərinləşdirmək, öz növbəsində informasiya axınını daha operativ, keyfiyyətli və mükəmməl etməkdir” – deyə cənab Kent Maknili bildirib.

Tədbirin sonunda jurnalistlər üçün yeni “NarMedia Tarif planı” da təqdim edilib. Belə ki, yeni tarifə əsasən jurnalistlər öz aralarında cəmi 2 qəpik ödəməklə danışa biləcəklər.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL