waplog

“Apple” mobil internet bazarında liderdir


"iOS" platforması ilə işləyən qurğuların istifadəçiləri digər mobil platformalardan istifadə edən rəqibləri ilə müqayisədə daha çox internet trafik yaradırlar. "Piper Jaffray" analitiklərinin qiymətləndirməsinə görə, bu ilin aprelində veb-trafikin 69%-i "iPhone", "iPad" və "iPod touch" cihazlarının payına düşüb, halbuki bir ay əvvəl bu göstərici 66,4% olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Android" platforması ilə işləyən qurğuların payı 26.5% təşkil edib. Statistika "Answers.com", "Tumblr", "ChaCha", "Examiner", "LinkedIn", "Bleacher Report", "Hubpages", "White Pages", "Squidoo" və "Dictionary.com" daxil olmaqla yüzlərlə populyar sayta daxilolmalar əsasında toplanılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL