waplog

Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" MMC-də Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik şəhəri Şuşanın ermənilər tərəfindən işğalından düz 21 il ötdüyünü xatırladaraq, torpaqlarımızın ən qısa zamanda geri qaytarılması ilə yanaşı, bu gün dövlətimizin apardığı sosial siyasətdə məcburi köçkünlərlə bağlı problemlərin həlli, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi kimi prioritet istiqamətlərin dayandığını bildirib.

Nazir müavini qeyd edib ki, RİTN də bu illər ərzində əsas fəaliyyəti ilə yanaşı, nəinki Şuşadan olan məcburi köçkünlərin, ümumilikdə rabitə sahəsində çalışan qaçqın və məcburi köçkünlərin, şəhid və əlil ailələrinin, veteranların, eyni zamanda sosial vəziyyəti ağır olan digər insanların problemləri ilə yaxından maraqlanaraq, onlara daim yardımlar edir, ehtiyacı olanların yaşayış sahəsində təmir işləri aparılır, müalicəyə göndərilir, yubiley günlərində xatırlanır, övladlarının məşğulluğu, işlə təmini ilə bağlı etdikləri müraciətlər müsbət qarşılanır.

RİTN-in bu ənənəsini bundan sonra da davam etdirəcəyini deyən E.Vəlizadə görüş iştirakçılarının hər birinin şəxsi problemləri və çətinlikləri ilə də yaxından tanış olaraq, onların həllinə çalışacaqlarını qeyd edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL