Ağdamda bütün yaşayış məntəqələri telefonlaşdırılıb
Ağdamda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, əhalinin internetə çıxış imkanları genişlənib.
Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayevin sözlərinə görə, nəzərdə tutulan tədbirlər planın yüksək səviyyədə icrasının nəticəsi olaraq Ağdamda müasir rabitə və informasiya texnologiyalarının əsası qoyulub.
O bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom”İB-nin dəstəyi ilə rayonun işğaldan azad olan əraziləri də daxil olmaqla bütün kəndlərdə informasiya və kommunikasiya texnologiyalarına ən yüksək tələblər səviyyəsində çıxış yaradılır.
Hazırda rayon mərkəzi sayılan Quzanlı qəsəbəsi daxil olmaqla düşmənlə üz-üzə qalan kəndlərdə bütün evlərin telefonlaşdırılması və müasir poçt xidmətlərindən bəhrələnməsi üçün şərait var. Ağdam TKQ-nin rəisi Hümbət Mustafayev daha sonra bildirib ki, ağdamlı rabitəçilərin əhaliyə daha keyfiyyətli xidmət göstərməsi üçün Quzanlıda “Rabitə evi”nin tikintisi başa çatıb.
Hümbət Mustafayev bildirib ki, “Aztelekom” İB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Bənövşələr kəndində 144(24), Çəmənli kəndində 128, Rzalı kəndində 112, Mahrızlı kəndində 304 , Yeni yaşayış qəsəbəsində 204, Üç oğlan kəndində 128 və Əfətli kəndində 208 nömrə tutumlu yeni elektron ATS-lər tikilib.
Həyata keçirilən tədbirlər nəticəsində Mahrızlı EATS-nin 100 nömrəlik daxili xətt şəbəkəsi tikilərək istifadəyə verilib. Hal-hazırda 70 evə telefon çəkilib və bu işlər davam edir. Bundan başqa Bənövşələr EATS-nin daxili xətt şəbəkəsi 30 nömrə artırılaraq 50 nömrəlik xətt şəbəkəsi tikilərək istifadəyə verilib. Əfətli EATS-nin daxili xətt şəbəkəsi 30 nömrə artırılıb. Burada da tikinti və çəkiliş işləri davam etdirilir.
Uyğun tədbirlər Çəmənli kəndində də davam etdirilir. Kəndlərdə sakinlərin yüksək keyfiyyətli telefon rabitəsi ilə təmin olunması ilə yanaşı, onların internet və digər multimedia xidmətlərindən yetərincə istifadə etməsi üçün Qaradağlı-Rzalar-Mahrızlı-Çəmənli, Bənövşələr-Xındırıstan, Üç oğlan-Xındırıstan istiqamətində optik kabel xətləri çəkilib. Sonuncu layihə kimi, Xındırıstan-Quzanlı istiqamətində optik kabel xətlərinin tikintisi başa çatdırılıb. Sakinlərin telefon rabitəsi ilə internet və digər multimedia xidmətlərinə çıxışı diqqət mərkəzindədir. Genişzolaqlı internet xidmətlərindən yetərincə istifadə etməsi üçün EATS-lərdə ADSL portlarının sayı artırılıb. Mahrızlı kəndində də portların sayı 48-dən 72-yə çatdırılıb.
Adıçəkilən kəndlə yanaşı, Qaradağlı, Yeni Qəsəbə, Dördyol qəsəbələrində də genişzolaqlı internet abunəçiləri var. Ümumilikdə rayonda telefon abunəçilərinin sayı 2000-dən çoxdur. Əhali CDMA tipli simsiz rabitə xidmətindən də geniş istifadə edir. Bu sistem üzrə 200-ə yaxın abunəçi var. Bu abunəçilərin böyük əksəriyyəti simli telefonun çəkilməsi hələlik çətin olan cəbhəyanı kəndlərin payına düşür.
TKQ rəisi bildirdi ki, Əfətli kəndində mənzillərin telefonlaşdırılması ilə kənddəki EATS-dən İsalar, Hacı Turalı, Qəhrəmanbəyli, Hacıməmmədli kəndlərinə də telefon çəkiləcəyini bildirib. Bu istiqamətdə artıq Hacı Turalı kəndində xətt təsərrüfatının tikintisi davam etdirilir. Bundan başqa Çəmənli kənd EATS-dən Sarıcalar və Şükürlü, Mahrızlı kənd EATS-dən Zəngişalı, Üç oğlan kənd EATS-dən Kiçikli, Alıbəyli və Səfərli kəndlərinin telefonlaşdırılması ilə əhalinin telefona olan tələbatı ödənilir.
Layihənin davamı kimi, Əhmədağalı, Baharlı 1, Qasımbəyli, Dördyol 2, Təzəkənd qəsəbələrinin hər birində müvafiq tutumda elektron ATS-lərin tikilməsi planlaşdırılır. Rayon üzrə əvvəllər Qaradağlı, Xındırıstan, Dördyol 1 kəndlərində və Quzanlı qəsəbəsində sakinlərin mənzillərində telefon rabitəsi olub.
Həyata keçirilən tədbirlər nəticəsində Qaradağlı kəndində olan 256 nömrə tutumlu EATS-in tutumu 304 nömrəyə çatdırılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL