waplog

RİTN-də «Dövlət informasiya sistemləri və ehtiyatları haqqında» qanun layihəsi hazırlanır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən «Dövlət informasiya sistemləri və ehtiyatları haqqında» qanun layihəsi hazırlanır.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev məlumat verib. O bildirib ki, sözügedən qanun layihəsi RİTN və "ASAN xidmət" mərkəzilə birgə hazırlanır: «Hazırda qanun layihəsinin hazırlanması istiqamətində bir sıra işlər aparılır.

Qeyd edim ki, bu qanun layihəsinin hazırlanması Azərbaycan Respublikasında 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilmiş tədbirlər planına daxildir».

Şöbə müdirinin sözlərinə görə, «Dövlət informasiya sistemləri və ehtiyatları haqqında» qanun layihəsində informasiya sistemlərinin yaradılması və istismar qaydaları göstəriləcək:

«Burada informasiya sisteminin yaradılması ilə bağlı tələblər, onun texniki aspektləri və sairin hamısı əks olunacaq. Yəni bu qanun layihəsilə informasiya sistemləri ilə bağlı bütün tərəflər nəzərə alınacaq, tənzimlənəcək».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL