waplog

“iPhone 6” şüşədən və əyilmiş formada olacaq


“Apple” şirkəti növbəti “iPhone” modelini tam şüşəli və sloped (əyilmiş) kənarlarla buraxmaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin “www.gizmocrazed.com” saytına istinadən verdiyi məlumata əsasən, ehtimal edilir ki, yeni model belə dizayn ediləcək. Bununla belə, “Apple” şirkətinin “iPhone6” tərtib edə biləcəyi başqa konsepsiyası da var.

Ekspertlər hesab edirlər ki, “IPhone 6”-nın bu cür buraxılması və sırf dizaynda dəyişikliyə üstünlüyün verilməsi risk ola bilər. Ekran əyri olduğundan, onun heç bir real kənarları yoxdur və bu cihazı əldə tutmaq çətinləşir.

Bütün korpusun (geri ön) şüşədən hazırlandığını nəzərə alsaq, xüsusilə əlləri tərləyən istifadəçilərin bu telefondan istifadəsi telefon üçün böyük risk yaradır.

Hesabatlara əsasən növbəti nəsil “iPhone” ölçüsü son “iPhone5” ilə eyni qalır, ekran bir az daha böyük olacaq və heç bir yan kənarları olmadığı üçün ekran sahəsi daha geniş olacaq.

“iPhone6”-da ikonlar əvəzinə dörd-beş sütun olacaq. Cihaz zərif görünür, çünki bu sadə olsa belə insanların hazırkı dizayn daha çox xoşlarına gəlir.

Ekspertlər əmin deyillər ki, cihazın dizaynı əyri ekranlı olduğu halda gözəl görünəcək və hesab edirlər ki, “iPhone 6” şirkət üçün bir epik uğursuzluq ola bilər.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL