waplog

NDU-da dövlət imtahanları elektron test üsulu ilə keçiriləcək


Naxçıvan Dövlət Universitetində dövlət imtahanlarının elektron test üsulu ilə keçirilməsinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, tədbiri universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə açaraq Naxçıvan Dövlət Universitetində elektron təhsilin təşkili ilə bağlı layihənin həyata keçirilməsindən danışıb.

O, çıxışında elektron təhsilin həyata keçirilməsi, tədrisdə müasir informasiya texnologiyalarından istifadə, dünya təhsil sisteminə inteqrasiya, "Boloniya prosesi"nin tam tətbiqinə nail olmaq baxımından imtahanların elektron test üsulu ilə keçirilməsinin əhəmiyyətindən, universitetdə bu sahədə qazanılan təcrübədən bəhs edib.

Universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov dövlət imtahanlarının elektron test üsulu ilə keçirilməsi ilə bağlı iki aya yaxın aparılan hazırlıq prosesi haqqında məlumat verib.

Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov dövlət imtahanlarının elektron test üsulu ilə keçirilməsi üçün universitetdə hazırlanan və semestr imtahanlarında uğurla tətbiq olunan, bir sıra üstünlüklərə malik proqram təminatı, imtahan gedişində onun imkanlarından istifadə barədə tələbələri məlumatlandırıb.

İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev isə universitetin rəsmi internet səhifəsində dövlət imtahanlarının sualları, imtahanların keçirilməsi barədə məlumatların yerləşdirilməsindən danışıb.

Qeyd edək ki, bu il Naxçıvan Dövlət Universitetində 30 ixtisas üzrə 168 tələbə elektron test üsulu ilə dövlət imtahanı verəcək.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL