“Sony” 5 il ərzində ilk dəfə mənfəət əldə edib
“Sony” şirkəti 5 il ərzində ilk dəfə 2012-ci ilin yekununa görə ümumi gəlir əldə edib. Ümumi gəlirin həcmi 458 milyon dollar təşkil edib.
Xatırladaq ki, 1 il əvvəl şirkət 5.7 milyard həcmində zərərə məruz qalmışdı.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə sözügedən şirkətin əməliyyat mənfəəti 2,45 milyard dollar olub.
1 il əvvəl isə şirkət 820 milyon dollar həcmində zərərə məruz qalmışdı. Şirkətin maliyyə direktoru Masaru Katonun sözlərinə görə, bu il əsas hədəf elektronika istehsalı ilə məşğul olan bölmənin gəlirliliyini təmin etmək olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL