waplog

İnvestorlar “Nokia“dan nə tələb edirlər?


“Nokia”nın səhmdarları Finlandiya şirkətinin “Android” platforması ilə işləyən smartfonlar istehsalından imtinaya dair siyasətini tənqid ediblər. Onların fikrincə, bu siyasət “Nokia”ya smartfon bazarında “Apple” və “Samsung” ilə rəqabət aparmağa imkan vermir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, səhmdarların illik yığıncağında investorlar “Nokia” şirkətinin baş direktoru Stiven Elopun siyasətini tənqid ediblər. Belə ki, sözügedən şirkət 2011- ci ildən etibarən “Microsoft”un platforması ilə işləyən smartfonlar istehsal edir.

"Siz gözəl insansınız. Rəhbərlik edən komanda əlindən gələni etməyə çalışır, lakin bu, kifayət deyil. Cəhənnəmə yol hazırdır. Zəhmət olmasa, digər yol seçin” – investor Hannu Vitranen Elopa belə deyib. 2013-cü ilin birinci rübündə “Nokia” şirkəti 5,6 milyon “Lumia” smartfonu satıb, halbuki ötən rüb bu qurğuların satış həcmi 4,4 milyon olub.

Lakin “Nokia” hazırda smartfon bazarının 5%-nə sahibdir, halbuki “Apple” və “Samsung” şirkətləri sözügedən bazarın 50%-dən çoxuna nəzarət edirlər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL