waplog

Ölkə ərazisində rəqəmli yayımla bağlı monitorinq keçirilir


Bu ilin sonuna kimi Azərbaycan ərazisində rəqəmli televiziya yayımı təmin ediləcək.


Hazırda respublika ərazisində yeni istifadəyə verilmiş rəqəmli televiziya ötürücülərinin əhatə dairəsinin ölçülməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri tərəfindən monitorinq aparılır.

Bu işlər Daşkəsən, Gədəbəy və Tovuz rayonları ərazisində həyata keçirilir. Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə yeni quraşdırılmış televiziya ötürücülərinin əhatə dairəsi ölçülür, telekanalların yayım vəziyyəti araşdırılır.

Məlumat üçün bildirək ki, TV-nin analoq yayımı rəqəmli yayımla əvəzləndikdən sonra televiziya yayımının keyfiyyəti daha da yaxşılaşacaq. Bundan başqa əlavə xidmətlərin də göstərilməsi mümkün olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın demək olar ki, bütün ərazisini rəqəmli yayımla əhatə edəcək avadanlıqlar quraşdırılıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL