waplog

Mərkəzi Bank: «Kompüter və surətçıxarma texnologiyalarının intensiv inkişafı manatın saxtalaşdırılması üzrə riskləri artırır»


Azərbaycan Mərkəzi Bankı (MB) manatı saxtalaşdırmaqdan qorumaq üçün tədbirlər görür. MB bildirir ki, müasir dövrdə kompüter və surətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyaların digər sahələrdə də istifadə olunması manatın saxtalaşdırılması üzrə potensial riskləri artırır.

Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini tələb edir. Ona görə də MB-nin Nağd pul departamenti tərəfindən silsilə tədbirlər çərçivəsində kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilib.

Seminarda pul nişanlarının inkişafı, onun mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət barədə təqdimat və məruzələr edilib.

Seminar iştirakçılarına bildirilib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradır.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL