“Azərpoçt” daha iki ölkə ilə "STEFİ" təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadiləyə başlayacaq
Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ayın sonuna kimi daha iki ölkə ilə "STEFİ" (Secured Transfer of Electronic Financial İnformation) təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadiləni təşkil edəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, artıq Belarus Poçtu ilə təcili elektron pul köçürmələri sistemi istismara verilib.
"Mayın sonuna kimi Qazaxıstan və Özbəkistanla "STEFİ" təcili pul köçürmələri əməliyyat sistemi üzərindən mübadiləyə başlanılacaq. İl ərzində Estoniya poçt operatoru ilə də analoji sistem üzərində pul baratlarının mübadiləsinin təşkili nəzərdə tutulub", - deyə o bildirib.
Sistem təcili pul köçürmələrini cəmi 3 dəqiqəyə ötürməyə imkan verir. Hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sistemi vasitəsilə Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL