waplog

“Nokia” şirkəti yeni “Lumia” smartfonunu təqdim edəcək


“Nokia” şirkəti Britaniya televiziyasında “Lumia” seriyasından yeni smartfona həsr edilmiş reklam videoçarxı nümayiş etdirməyə başlayıb. 21 saniyəlik reklam çarxında metal əlavələrdən ibarət parlaq ağ korpus nümayiş etdirilib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sözügedən cihaz mayın 14-də Londonda nümayiş etdiriləcək. Xatırladaq ki, mayın 10-da “Nokia” şirkəti “Lumia 928” smartfonunu nümayiş etdirib. Cihaz 4.5 düymlü “AMOLED” displey, 1.5 QHs takt tezlikli ikinüvəli “Snapdragon” prosessoru, 1 QB əməli yaddaş və 32 QB daxili, 8.7 meqapiksellik “Carl Zeiss” optikasına malik kamera ilə təchiz edilib.

Həmçinin simsiz enerji doldurmaq, “Smart Shoot” çəkiliş rejimi (ardıcıl 5 foto çəkir) mövcuddur. Aparatın çəkisi 162 qramdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL