waplog

Ölkəmizin iqtisadi və elmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyası sürətlənəcək


Azərbaycanın BMT-nin "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqaviləsinə qoşulması barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib və prezident tərəfindən təsdiqlənib.

"Azərkosmos" ASC-dən verilən məlumata görə, 100-dən çox ölkənin üzv olduğu bu müqaviləyə Azərbaycanın da qoşulması ölkəmizin kosmik sənaye üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi və elmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyanın sürətləndirilməsi ilə yanaşı, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda əks olunmuş məqsədlərin reallaşdırılması və peyk layihələrinin həyata keçirilməsi işinə də böyük təkan verəcək.

Məlumat üçün bildirək ki, bu müqavilə 1967-ci ildə imzalanıb və beynəlxalq kosmik hüququn inkişafı üçün əsas çərçivə hesab olunur.

Azərbaycan 12 yanvar 2012-ci il tarixdə COPUOS-un üzvlüyünə qəbul edilib. COPUOS-un üzvlüyündə hazırda 74 ölkə var. COPUOS BMT-nin Baş Assambleyasının 1472 saylı qətnaməsi isə 1959-cu ildə təsis edilib.

Komitənin nəzdində Hüquq Alt Komitəsi və Elmi-Texniki Alt Komitə fəaliyyət göstərir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL