waplog

Ölkəmizdə vətəndaş cəmiyyəti sektorunda ilk dəfə olaraq elektron hesabatlılq tətbiq olunur


2013-cü ilin " Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar Şuranın həyata keçirməyə başladığı elektron müraciət və hesabat qəbulu proqramları üzərində iş artıq yekunlaşıb. Bu ölkəmizdə vətəndaş cəmiyyəti sektorunda ilk dəfə olaraq Şura tərəfindən tətbiq olunur.

Belə ki, 2013-cü ilin müsabiqə qalibi olan QHT-lər maliyyə hesabatını elektron qaydada təqdim edəcəklər. Bununla bağlı bu gün Şurada sözügedən proqram təminatının təqdimatı həyata keçirilib. Hazırlanmış proqrama əsasən hər bir təşkilata proqramdan istifadə etmək üçün kod, şifrə və parol veriləcəkdir.

Eyni zamanda 2013-cü ildə Şuranın layihə müsabiqəsində qalib olmayan QHT-lər də lazımi məlumatları təqdim etməklə kod, şifrə və parol almaq üçün müraciət edə bilərlər. Bu məlumatlar müqavilə əsasında xüsusi zərfdə yerləşdirilməklə təşkilatın rəhbərinə və yaxud da onu əvəz edəcək səlahiyyətli şəxsə (etibarnamə əsasında) təqdim ediləcəkdir. Proqramın QHT-lər tərəfindən öyrənilməsi üçün lazımi metodiki materiallar da hazırlanıb.

May ayının sonuna kimi proqram istismara qəbul ediləcək və iyun ayından isə ondan istifadə qaydalarının mənimsənilməsi üçün QHT mühasiblərinin maarifləndirilməsi işinə başlanacaqdır.

Şura bildirir ki, təlimlərdə cari ildə maliyyə yardımı almış bütün QHT-lərin mühasiblərinin iştirakı məcburidir Təlimlər Bakı, Sumqayıt şəhərləri üçün paytaxtda, region təşkilatları üçün isə iri şəhərlərdə və ya RQRTM- təşkil ediləcəkdir.

Təlimlərin vaxtı və yeri barədə Şuranın saytında və "qhtxeber.az" informasiya portalında əlavə məlumat veriləcəkdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL