waplog

Gənclər internetdən istifadə ilə bağlı maarifləndirilir


Azərbaycanın regionlarında yaşayan gənclərlə virtual forumların və onların ictimai fəallığında rolu üzrə birgə müzakirələr keçirilir. "ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə “Demokratik Gənclər” İctimai Birliyinin rəhbəri Ramil Süleymanov bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi QHT Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirmək” layihəsini həyata keçirir. Layihə çərçivəsində keçiriləcək təlimlərin hər birində 50 gəncin iştirakı nəzərdə tutulub. Seminarlar bitdikdən sonra “Ən yaxşı veb-səhifə və bloq” müsabiqəsi elan ediləcək:

“Müsabiqənin şərtləri ilə bağlı bu regionların hər birində təlim keçmiş gənclərin elektron poçtlarına müsabiqə ilə bağlı bütün məlumatlar göndəriləcək. Müsabiqə üçün göndərilən materialları qiymətləndirmək və qalibləri seçmək üçün bu sahədə xüsusi peşəkarlıq qabiliyyətlərinə malik olan münsiflər dəvət olunacaq. Onlar 1 ay ərzində iştirakçıların göndərdikləri materialları diqqətlə nəzərdən keçirərək, qiymətləndirmələrini aparacaqlar və ən yaxşı işləri 1, 2, 3-cü yerlər və 1 həvəsləndirici yerlər olmaqla müəyyən edəcəklər”.

Layihə bitdikdən sonra birlik bu layihəni öz könüllüləri hesabına davam etdirəcək.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL