waplog

Gələcəkdə kibernetik insanlar yaradılacaq


Gələcəkdə insan-kiborqlar yaradılacaq. Qeyd edək ki, müxtəlif elektron-mexaniki əlavələrlə təchiz edilmiş orqanizmlər kibernetik orqanizm (kiborq )adlanır.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, gələcəkdə laborator heyvanların ardınca insanların kiborqa çevrilməsi gözlənilir. Ən gözlənilən kibernetik imkanlar siyahısında görmə qabiliyyətini artıran elektron implantantlardır.

O, infraqırmızı, ultrabənövşəyi diapazonları görə bilir, yüksək həllər və həssaslıq ətraf mühiti fantastik dəqiqliklə və rəng müxtəlifliyi ilə görməyə imkan verir. Kiborq göz kanalı vasitəsi ilə reallıq haqda təkcə yeni tezlik diapazonlarından təsvirlər yox, həmçinin strukturlaşdırılmış əlavə məlumat alır. Bu, artıq fantastika deyil, bu cür əlavə üçün geniş çeşid alətlər mövcuddur, o cümlədən məşhur “Google Glass” eynəkləri.

Elektronika ilə təchiz edilmiş gələcəyin kiborqunun əlavə imkanlarla yanaşı, əlavə zəiflikləri də olacaq. Bioloji insan bir sıra zəifliklərə malikdir, misal üçün, insan orqanizminə təsir edən, öz strukturlarında adi olan, lakin hücumlarının nəticəsinə görə, insan orqanizminə verdiyi ziyana görə geniş əhatəli zəhərlər.

Kiborqların yeni mürəkkəb sistemləri çətin “klassik” zəifliklərin qarşısını alsın, amma yenilərinin yetişməsi üçün meydan yaradacaqlar. Kiborq sistemlərində zəifliklər postbioloji hakerlər tapacaqlar. Təkmilləşdirmə-implantantları nadir istisnalarla xarici mühitdən məlumat alan və onu emal edən açıq sistemlərdir.

Yəni kiborqun görmə qabiliyyətini tamamilə sıradan çıxartmaq üçün ona adi bir şəkil göstərmək yetər.

Ən təəccüblüsü də odur ki, kibernetik görmə qabiliyyətinin az dayanıqlığı üzündən, bu cür şəkillər vəhşi təbiətdə özləri peyda ola bilərlər və göz funksiyalarını sıradan çıxara bilərlər.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL