Smarfonlar mobil telefon bazarının 50%-ni təşkil edir
"Gartner" analitik şirkəti 2013-cü ilin birinci rübündə mobil telefon bazarı üzrə hesabat dərc edib. 2013-cü ilin yanvar-mart aylarının yekununa görə, mobil telefon satışlarının həcmi 426 milyon olub ki, bu da 1 il əvvəl ilə müqayisədə 0,7% çoxdur.
Smartfonların satış həcmi 210 milyon olub ki, bu da ötənilki nəticəni 42,9% üstələyib. Adi mobil telefonların satış həcmi 21,8% azalıb ki, bu da "ağıllı" telefonların populyarlığının artmasından xəbər verir.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, bu il mobil bazarın 49.3%-i onların payına düşüb, halbuki 2012-ci ilin birinci rübündə bu göstərici 34,8% idi.
Yalnız Asiya-Sakit okean regionunda mobil telefon satışlarının artımı (6.4%) qeydə alınıb. "EMEA" (Avropa, Yaxın Şərq və Afrika) ölkələrində yerli sakinlər ötən illə müqayisədə 3,6% daha az telefon satın alıblar. Şimali Amerika və Latın Amerikasında azalmanın həcmi müvafiq olaraq 9,5% və 3,8% olub.
Yaponiyada satışların həcmi 7,3% azalıb. "Samsung" şirkəti ən böyük mobil telefon istehsalçısı olaraq qalır. Cənubi Koreya korporasiyası hesabat rübündə 100 milyondan çox telefon satıb ki, bu da onun bazarın 23,6%-nə sahiblənməsinə imkan verib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL