waplog

“Lumia 925” smartfonu təqdim edilib


Finlandiyanın "Nokia" şirkəti "Lumia" smartfonunun yeni versiyasını təqdim edib. Yeni "Lumia 925" smartfonu bu gün Londonda keçirilmiş xüsusi tədbirdə təqdim edilib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata əsasən, sözügedən aparat "Windows Phone 8" (WP 8) əməliyyat sistemi (ƏS) ilə işləyir və bu ilin iyunundan Avropa və Çin ərazisində onun satışlarına başlanılacaq. Yeni aparatın çəkisi 139 qramdır, qalınlığı isə 8.5 millimetrdir.

Aparat "Qualcomm Snapdragon S4" prosessoru və 2000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Daxili yaddaşın tutumu 16 QB-dır. Ekranın ölçüsü 4.5 düymdür və "AMOLED" matrisdən istifadə olunduğuna görə təsvir daha parlaq və müfəssəldir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL