“Dövlət informasiya sistemləri və resursları haqda qanun layihəsi” gələn ay Nazirlər Kabinetinə təqdim ediləcək
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın bir ay ərzində "Dövlət informasiya sistemləri və resursları haqda qanun layihəsi"ni Nazirlər Kabinetinə təqdim edəcək.
Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, qanun layihəsinin hazırlanması üzərində iş Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə aparılır.
"Bu layihə informasiya sistemlərinin yaradılmasını və tənzimlənməsini nəzərdə tutur. Bununla yanaşı, qanun informasiya sistemlərinin və resurslarının istifadəsini, texniki tərkibini, məlumat təhlükəsizliyini, kritik məlumatları tənzimləyəcək. Yaxın bir ay ərzində layihə üzərində işlərin başa çatması və layihənin Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir", - deyə İ. Əliyev bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL