Brayl sistemi üzrə təlim aparılmaqla gözdən əlillərin əmək bazarına çıxış imkanları artırılır
Əlillərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Xidmətin xətti ilə hələ 2007-ci ildən etibarən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb olunub.
Həmin əlillərin bir qismini gözdən əlil olan insanlar təşkil edir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cari ilin birinci rübü ərzində isə daha 20 nəfər əlil üçün ingilis dili üzrə 3 aylıq, 18 nəfər gözdən əlil üçün isə brayl sistemi üzrə təlim aparılmaqla kompüter istifadəçisi peşəsi üzrə 2 aylıq peşə hazırlığı kursu təşkil olunub:
“Onu da bildirək ki, hazırda Ramana Gənc Əlillərin Əmək və İstirahət evində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, burada yaşayan əlillərin peşə hazırlığını təmin etmək üçün müvafiq şərait də yaradılır”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL