Analitiklər 2013-cü il üçün qlobal İT xərclərin həcminin azalacağını proqnozlaşdırırlar
Nüfuzlu "International Data Corporation" (IDC) analitik şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci yarısında və 2013-cü ilin birinci rübündə qlobal İT xərclərin həcmi gözlənilən nəticələrdən bir qədər aşağı olub.
ABŞ-ın dövlət büdcəsinin sekvestri, Avropada borc böhranı və Çində ÜDM-nin azalması əksər bazar seqmentində xərclərin dəyişilməsi ilə nəticələnib və 2013-cü ilin birinci rübündə İT şirkətlərin əksəriyyəti sazişlərin bağlanması zamanı çətinliklərlə üzləşiblər.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklər bunu nəzərə alaraq İT xərclərin illik artımını 5.5%-dən 4,9%-dək azaldıblar. Hazırki proqnoza əsasən, 2013-cü ildə İT sahəsində 2,06 trilyon dollar xərclənəcək.
Telekommunikasiya daxil olmaqla, informasiya və rabitə texnologiyalarına sərf ediləcək xərclərin həcmi 4,5% artaraq 3,7 trilyon dollar ola bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL