Azərbaycanda İKT sahəsi üzrə kadr potensialı haqda vahid məlumat sistemi yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) "İKT ili" ilə bağlı Tədbirlər Planı çərçivəsində ölkənin İKT sahəsində kadr potensialı barədə vahid məlumat sistemini yaratmaq niyyətindədir.
"ICTnews" xəbər xidmətinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, Azərbaycanda təhsilin səviyyələri üzrə İKT ixtisaslarının və müvafiq ali təhsil müəssisələrinin müəyyənləşdirilməsi planlaşdırılır.
"Tədbirlər planına əsasən Azərbaycanın İKT sahəsində kadr potensialı barədə yaradılacaq məlumat sisteminin məqsədlərinə müvafiq zəruri məlumatların məzmunu və strukturunun müəyyənləşdirilməsi, məlumatların əldə olunması mexanizmlərinin işlənməsi, E-hökumət çərçivəsində İKT kadr potensialının məlumat bazasının formalaşdırılması nəzərdə tutulur. Eyni zamanda Azərbaycanın İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin arxitektur prinsiplərinin və proqram təminatının hazırlanması planlaşdırılır",- deyə o bildirib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL