waplog

Səhiyyə Nazirliyinə göndərilmiş sorğu və məktubların icrası müraciət edənlər tərəfindən onlayn izləniləcək


Bundan sonra səhiyyə ilə bağlı müvafiq quruma ünvanlanan müraciətlərin icra vəziyyətini daha rahat müəyyənləşdirmək olacaq.

Belə ki, Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq, növbəti elektron xidmətini istifadəçilərin ixtiyarına verib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən nazirlikdən bildirilib ki, təqdim edilən yeni xidmət “Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi” adlanır. Xidmətdən istifadə qaydaları da çox sadədir.

Sorğu və müraciətin nəticələrini öyrənmək üçün müraciət edən şəxs “Şəxsiyyət vəsiqəsinin pin kodu”nu və “Ərizənin daxil olma indeksi”ni sayta daxil etməklə, “Axtar” düyməsini basmalıdır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL