waplog

Güzəştli şərtlərlə ən çox kompüter hansı regionlarda satılıb?


Azərbaycanda "Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilən "Xalq kompüteri" layihəsi uğurla davam etdirilir. "ICTnews" elektron xəbər xidmətinə "BestComp Group" şirkətindən verilən məlumata görə, hazırda layihə çərçivəsində satılan kompüterlərin sayı 21605 ədəd təşkil edir.

Ən çox kompüter Bakı şəhərində (3273), Naxçıvan Muxtar Respublikasında (2857), Gəncədə (922), Salyan (804), Kürdəmir (692), Sabirabad (671), Şirvan (627), Neftçala (585) və Quba (529) regionlarında satılıb.

Xatırladaq ki, "Xalq kompüteri" layihəsinin məqsədi əhalinin müxtəlif sosial təbəqələrinin müasir kompüterlər və lisenziyalı proqram təminatı əldə etmələri üçün şəraitin yaradılması, regionlarda İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) dayanıqlı tətbiqinin genişləndirilməsi vasitəsilə "rəqəmsal bərabərsizliyin" aradan qaldırılması, eləcə də Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "Elektron hökumət"in inkişafına yönəldilmiş fəaliyyətinə dəstək olmaqdan ibarətdir.

Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir, təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL