Kamran İmanov: “İT ilə bağlı Müəllif Hüquqları Agentliyinə edilən müraciətlərin sayı artıb”
Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov "ICTnews"a bildirib ki, hər hansı bir obyekt bir neçə günə qeydiyyatdan keçirilə bilər:
"Obyekt deyəndə istər kompüter proqramları, hansısa bir əsər, istərsə də məlumat toplusu nəzərdə tutulur. Hər bir vətəndaş agentliyin rəsmi internet səhifəsinə daxil olaraq elektron xidmətlərimizdən istifadə edə bilər. Elektron xidmətlərimiz olduqca sadələşdirilib ki, istənilən şəxs ondan asanlıqla istifadə edə bilsin. Müraciətlər edildikdən sonra bir neçə günə qeydiyyat işləri aparılır. Son illər əsasən daha çox informasiya texnologiyaları ilə bağlı əsərlər qeydiyyatdan keçir. Bu da ölkədə yeni tendensiyaların yarandığını göstərir".
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL