waplog

“Elektron Hökumət” Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilir


"Elektron Hökumət" portalı nəinki ölkə daxilində, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də artıq böyük maraq dairəsinə çevrilib. Hazırda portalın istifadəçi auditoriyası yüksələn xətlə daha da genişlənməkdədir. 01/01/ 2013 - 15/05/2013 tarixlərdə "Elektron Hökumət" portalına müraciət etmiş istifadəçilərin ölkələr üzrə dislokasiyası da bunu təsdiqləyir.

Əks olunan şəkildə dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portala mütəmadi müraciət etmələri əks olunub. Böyük resursa malik olan portal Dünya Azərbaycanlılarının vahid informasiya məkanına çevrilməkdədir.

Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən gələcəkdə hər bir azərbaycanlını maraqlandıran istənilən məlumatların bu portaldan əldə olunması imkanlarının yaradılması üzərində işlər davam etdirilir.

Qeyd edək ki, "Elektron hökumət" - dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. "E-hökumət" - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. "E-hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.

Əsas məqsəd dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmağın əsas vasitələri dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsidir.

Beynəlxalq təcrübəyə əsaslanaraq, ölkəmizdə vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən həyata keçirilən "Elektron hökumət" portalı (http://www.e-gov.az) tətbiq edilir. "Elektron hökumət" vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı, şəffaf, rahatlıq kimi əsas üstünlüklərə malikdir. "Elektron hökumət" ilk növbədə insanların rahatlığına xidmət edir.


Əhali coğrafi məkanından asılı olmayaraq, bu xidmətlərdən yararlanır. Müraciət edən şəxs hökumət orqanı qarşısında növbə gözləmir. Öz sorğusunu elektron hökumət portalına göndərir və real müraciətdən daha tez cavab alır.

Qurumlar tərəfindən təqdim olunan xidmətlər tək bir internet saytı üzərindən daxil olmaq imkanı verir. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsini yüksəldir və onlardan istifadə imkanlarını sadələşdirir.

Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyini artırır və təqdim olunan elektron xidmətlərin keyfiyyətini yüksəldir. İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetrilmə prosedurlarını sadələşdirir.

Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyi, tamlığı, etibarlılığı və sərbəst əldə olunması təmin edili İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılır.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL