waplog

Elektron imza sertifikatlarını “Bank of Baku”dan əldə etmək mümkündür


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Bank of Baku" elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır.

Bu əməkdaşlıq Məlumat Hesablama Mərkəzinin bank sektorunda ilk və yeganə əməkdaşlığıdır.

Qeyd edək ki, bank kreditlərindən istifadə zamanı elektron imza sahibləri 2 %-lik endirim fürsətindən də bəhrələnə biləcək. Məlumat üçün bildirək ki, e-imzaya sahib olan Azərbaycan vətəndaşı mənzilindən çıxmadan, əlavə xərclər çəkmədən dövlət orqanına və ya özəl quruma ərizə yaza, sorğu göndərə və ona rəsmi şəkildə cavab ala bilər.

Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir koddur. Elektron imzanı fiziki və hüquqi şəxslər, habelə dövlət idarələri əldə edə bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL