waplog

Bərdədən Uzaq Şərqə velosipedlə gedən səyyahımız Azərbaycan həqiqətlərini elektron formada yayır


Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov Bərdə-Bakı-Dağıstan-Kalmıkiya-Həştərxan-Qazaxıstan-Özbəkistan marşrutu üzrə hərəkət edərək Daşkənd şəhərinə gəlmişdir.

O, Azərbaycanın Özbəkistandakı səfirliyində və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olaraq ulu öndərin buradakı abidəsi önünə gül dəstəsi qoyub. Yaponiyanın Özbəkistandakı səfirliyindən viza alaraq "Gündoğar" ölkəyə yola düşən səyyah bildirib ki, Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Velosipedçinin təxmini hesablamasına görə, o, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq.

Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir. Axşamlar isə yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.

Səyyah bildirib ki, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan Amerika Birləşmiş Ştatlarına getməyi düşünür.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL