waplog

RİTN internetdə böhtan və təhqirə yol verənlərə qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarıdır


Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Baş prokurorunun imzası ilə, Milli Məclisə təqdim olunan insanların internetdə şərəf və ləyaqətinin qorunması məqsədi ilə cəzaların sərtləşdirilməsi təklifini dəstəkləyir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, internetdə böhtan və təhqirə yol verənlərə qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarıdır.

"Artıq internet insanların iqtisadi, ictimai, mədəni, fəaliyyətlərinin virtual məkanına çevrilib. İnternetdə insanların hüquqlarının, həmçinin insanları təhqirlərdən qorunması məsələsi dünyada olduğu kimi, Azərbaycanda da aktual məsələdir. Son vaxtlar müxtəlif internet strukturlarında insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb. Bu da insanlar arasında fəsadlara və münasibətlərin pozulmasına gətirib çıxarır. Məhz buna görə, Azərbaycan Baş prokurorunun imzası ilə, Milli Məclisə daxil olan insanların internetdə şərəf və ləyaqətinin pozulmasının qorunması üçün cəzaların sərtləşdirilməsi təklifini dəstəkləyirik. Bu təcrübə dünyanın bir çox aparıcı ölkələrində istifadə edilir",- deyə nazir bildirib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL