“Windows Phone” platformasının bazar payı artır
Yeni platforma istifadəyə verməsinə baxmayaraq, “BlackBerry” şirkətinin bazarda vəziyyəti heç də ürəkaçan deyil. Bundan başqa, onun bazar payı ilk dəfə olaraq “Windows Phone”-dan (WP) aşağı olub. “IDC” analitik şirkəti bildirib ki, 2013-cü ilin birinci rübündə “Microsoft” mobil platformasının payı 3,2% olub.
“BlackBerry” platformasında bu göstərici 2.95 təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin son rübündə bu göstəricilər müvafiq olaraq 2,6% və 3,2% təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “WP” platforması tədricən bazar payını artırır, lakin hazırda smartfon bazarında iki “oyunçu” (Apple iOS və Google Android) var. Onların ümumi payı 92,3% təşkil edir. Bu ilin birinci rübündə smartfon tədarükünün 75%-i “Android” platformasının payına düşüb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL