waplog

İnternetdə azadlıq, şəxsi məlumatların məxfiliyi və kibertəhlükəsizliklə bağlı yeni beynəlxalq konvensiya hazırlanır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə yaradılmış işçi qrup çərçivəsində yeni konvensiya üzərində işləyir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu konvensiya üç əsas kateqoriya əsasında yaradılır: internetdə azadlıq, internetdə şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik.

"Bu üç kateqoriyanın balanslaşdırılmış şəkildə ifadə edilməsi tələb olunur. Bu məsələ beynəlxalq təşkilatlarda müzakirə olunur. Ötən ilin axırında biz Dubayda keçirilən konfranslardan birində, 1988-ci ildə qəbul olunmuş Telekommunikasiya münasibətləri konvensiyasını yeniləmək istədik, lakin İTU-nun 198 üzv ölkəsindən cəmi 90 ölkə bu təşəbbüsü dəstəklədi. Qərb ölkələri bir çox hallarda informasiya təhlükəsizliyini insanların internet azadlıqları ilə bir müstəviyə gətirirlər, bu da bir çox ölkələr tərəfindən birmənalı qəbul olunmur. Azərbaycan bu istiqamətdə BMT-nin və digər beynəlxalq təşkilatların apardığı işlərdə çox aktiv iştirak edir”,- deyə nazir qeyd edib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL