AMEA dünya azərbaycanlılarının ünsiyyətini asanlaşdırmaq üçün transliterasiya saytını yaradacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) "İKT ili" ilə bağlı Tədbirlər Planı çərçivəsində xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi vermək niyyətindədir.
İTİ-nin direktoru Rasim Əliquliyevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu məqsədlə birgə onlayn forumun keçirilməsi nəzərdə tutulub.
"Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar fikirlərini internetdə ifadə etməkdə və bir-birilərini başa düşməkdə problemlər yaşayırlar, baxmayaraq ki, eyni dildə danışırlar. Bunun üçün mətnin Azərbaycan dili qrafikasından digər dillərin qrafikalarına çevrilməsini (transliterasiyasını) həyata keçirən veb-saytın hazırlanması nəzərdə tutulur ki, insanlar bu saytda onlar üçün rahat olan müxtəlif qrafika ilə Azərbaycan dilində öz fikirlərini yazaraq asan ünsiyyət qura bilərlər",- deyə o bildirib.
R. Əliquliyevin sözlərinə əsasən, bununla yanaşı, il ərzində Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi planlaşdırılıb. "Biz il ərzində AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqini apararaq zəif olan resursların müasir standartlara uyğun tərtibatını dəyişəcəyik. Daha bir mühüm addım ölkə alimlərinin virtual məkanda Azərbaycan xalqının milli-mədəni dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına cəlb olunmasıdır", - deyə o qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL