Elektron qeydiyyatı aparılan eksponatlar barədə məlumatlar Mədəniyyət və Turizm Nazirliyinin serverlərinə köçürülüb
Respublika prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında fərmanının icrasını təmin etmək məqsədilə respublika muzeylərinin əsas fondlarının reyestrə salınması sahəsində müvafiq işlər görülüb.
Azərbaycan muzey sərvətlərinin və muzey kolleksiyalarının uçotu və mühafizəsinə dair təlimatın tələblərinə uyğun olaraq, yazılı və elektron şəkildə qeydiyyatı aparılan eksponatlar barədə məlumatlar CD disklərdə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib, bu məlumatlar sistemləşdirilib, kataloqlaşdırılaraq nazirliyin serverlərinə köçürülüb.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, respublikada daşınar tarix və mədəniyyət abidələrinin sayı yüz minlərlə ölçülür: “Azərbaycan Milli Elmlər Akademiyasının, respublikanın nazirlik və komitələrinin muzeylərində, şəxsi kolleksiyalarda külli miqdarda daşınar maddi mədəniyyət nümunələri qorunub saxlanılır.
1 yanvar 2012-ci il tarixə olan statistik məlumata əsasən, yalnız Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzey müəssisələrində 782 406 ədəd maddi mədəniyyət əmlakı nümunəsi qeydə alınıb”.
Nazirlikdən qeyd edilib ki, qabaqcıl muzey təcrübəsinin tətbiqi sahəsində də işlər davam etdirilib. Mədəniyyət və incəsənət sahəsində bir çox ölkələrlə (ABŞ, Fransa, İngiltərə, İtaliya, Avstriya, Rusiya, Çexiya, Albaniya, Tacikistan və s.) əməkdaşlıq müqavilələri, anlaşma memorandumları bağlanıb ki, bu da dünyanın aparıcı muzeyləri ilə əməkdaşlığın genişləndirilməsinə şərait yaradıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL