İnformasiya texnologiyaları və nanotexnologiyalar xarici ölkələrdə təhsillə bağlı prioritet istiqamətlər seçilib
İnformasiya texnologiyaları, nanotexnologiyalar, fizika, riyaziyyat, iqtisadiyyat “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə 2013/2014-cü tədris ili üçün prioritet istiqamətlər kimi müəyyənləşib.
“ICTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, Prezident yanında Təhsil üzrə Komissiyanın 48 saylı, 15.05.2013-cü il tarixli sərəncamı ilə 2013/2014-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün digər prioritet ixtisas istiqamətləri də müəyyən edilib. Buraya baytarlıq, biologiya, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, neft sənayesi, təhsilin təşkili və idarə olunması, tibb və turizm daxildir.
Dövlət Proqramı çərçivəsində tələbələrin göndərilməsi nəzərdə tutulan xarici ali məktəblərin ölkələr üzrə siyahısı da müəyyənləşib. Təklif olunan universitetlər sırasında ABŞ-da yalnız bakalavrdan sonrakı təhsil səviyyələri üzrə təhsil nəzərdə tutulan Massaçusets Texnologiya İnstitutu, Avstraliyada Sidney Texnologiya Universiteti, Queensland Texnologiya Universiteti, Curtin Texnologiya Universiteti, Avstriyada Vyana Texnologiya Universiteti, Graz Texnologiya Universiteti, Finlandiyanın Helsinki Texnologiya Universiteti, İrlandiyanın Dublin Texnologiya İnstitutu, İsveçin Chalmers Texnologiya Universiteti, Kral Texnologiya İnstitutu, İsveçrənin Lausanne - İsveçrə Federal Texnologiya İnstitutu, Sürix Federal Texnologiya İnstitutu, Niderland Krallığının Delft Texnologiya Universiteti, Eyndhoven Texnologiya Universiteti və s. var. Nazirlikdən qeyd edilib ki, Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 saylı qərarı ilə təsdiq olunmuş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 1.5-ci və 4-cü bəndlərinə əsasən, Prezident yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli, 48 saylı sərəncamına uyğun olaraq, Təhsil Nazirliyi 2013/2014-cü tədris ilin üçün 22 may - 15 avqust 2013-cü il tarixlərində sənədlərin qəbulunu həyata keçirəcək.
Sənəd qəbulunda orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və Prezident yanında Təhsil üzrə Komissiyanın 48 saylı, 15.05.2013-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və prioritet ixtisas istiqamətlərinə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL